Rusiyada sabiq idarə rəisi məhkəmədə intihar etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federal Penitensiar Xidmətinin (FPX) Avtonəqliyyat İdarəsinin keçmiş rəisi Viktor Sviridov intihar edib.
BAKU.WS xəbər verir ki, bu barədə RİA “Novosti”yə Moskva şəhər Məhkəməsinin mətbuat katibi Ulyana Solopova məlumat verib.
Onun sözlərinə görə, sabiq idarə rəisi Moskvanın Çertanovski Məhkəməsinin salonunda barəsində hökm oxunarkən həyatına qəsd edib.
Viktor Sviridovun məhkəmə salonuna silahı necə gətirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Sviridov qurumun keçmiş direktor müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham olunurdu.
Oxşar xəbərlər
Atambayev Kadırovu şahid qismində məhkəməyə çağırıb
Ötən ilin avqustunda həbs olunan Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Çeçenistan rəhbəri Ramzan Kadırovun məhkəməyə şahid qismində dəvət olunmasını...