Rusiyada kişinin alnından 12 santimetrlik qurd çıxarıldı
25
yan
2024
10:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Saratov vilayətində həkimlər 43 yaşlı kişinin alnından canlı qurd aşkar ediblər.
BAKU.WS bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, xəstə üzündə şişkinlik hiss edib və həkimə müraciət edib. Ona dərman yazılsa da, faydası olmayıb.
Kişi daha sonra cərrah tərəfindən müayinə olunub və xəstədə parazitar infeksiya əlamətlərinin olduğu müəyyən edilib.
Əməliyyat zamanı kişinin alnından uzunluğu 12 santimetr olan Dirofilaria cinsinə aid canlı helmint (bu parazit qurdlar insan sağlamlığına zərər verir) çıxarılıb.
Oxşar xəbərlər
Türkiyədə DƏHŞƏT: Xəstəxananın həyətində kişini güllələdilər - FOTO/VİDEO
Türkiyənin Kocaeli şəhərində xəstəxananın həyətində alnından güllələnən meyit tapılıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Darıca rayonu...