Rusiyada COVID-19-a yoluxma ilə bağlı QORXUNC göstərici - Son bir həftədə...
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir həftə ərzində Rusiyada koronavirusa yoluxma halları 29,1% artıb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Son bir həftədə əhalinin hər 100 min nəfərinə yeni koronavirus infeksiyasına yoluxma göstəricisi 7,01 nəfər təşkil edib və əvvəlki həftə ilə müqayisədə 29,1% artıb”, - deyə Yeni Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı məlumat yayıb.
Mütəxəssislər qeyd ediblər ki, xəstəliyin artması Rusiyanın 59 regionunda qeydə alınıb. Eyni zamanda, 12 rayonda artım tempi ölkə üzrə orta göstəricidən yüksəkdir.
Rusiyada son bir həftə ərzində 1100 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bu, əvvəlki həftə ilə müqayisədə 24% çoxdur.
Bundan başqa, ötən həftə ilə müqayisədə sağalanların sayı 12,7% artaraq 8777 nəfər təşkil edib.
Oxşar xəbərlər
Zaxarova erməni jurnalistin "burnunu ovdu"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırıl...