Rusiyada 15 nəfərin öldüyü yanğının baş verdiyi kafenin sahibi azərbaycanlıdır - FOTO
05
noy
2022
11:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kostroma şəhərində 15 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi kafe vilayət dumasının deputatına məxsusdur.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Readovka nəşri məlumat yayıb.
Məlumata görə, Mirzəyev İxtiyar İldir oğlu Kostroma Vilayət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvüdür.
Qeyd edək ki, 3,5 min kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində Kostromada ən azı 15 nəfər həlak olub. Çoxsaylı yaralı var. Ölənlərin sayı isə durmadan artır.
Qalereya
Oxşar xəbərlər
Rusiyada qırıcı təyyarə yaşayış binasına çırpıldı - Ölənlər və yaralılar var - VİDEO - YENİLƏNİB
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Bu barədə “Baza” məlumat y...