Rusiyada 100-ə yaxın ev yandı: Ölən var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində baş vermiş yanğın nəticəsində yanan binaların sayı təxminən 100-ə çatıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə TASS-a Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Yanğın nəticəsində 92 tikili zədələnib. Yanğının söndürülməsi və insanların təxliyəsi zamanı 1 nəfərin öldüyü aşkarlanıb", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Yanğının baş verdiyi əraziyə suyun verilməsi üçün yanğınsöndürənlər Sosva çayından ümumi uzunluğu 2 kilometr olan magistral su xətləri çəkiblər”, - deyə nazirlik əlavə edib.
Yanğınla 120 nəfər və 33 texnika, o cümlədən 2 yanğınsöndürən qatarı, Rusiya Fövqəladə Hallar Nazirliyinin və Milli Qvardiyanın helikopteri mübarizə aparır.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...