Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "News.ru" məlumat yayıb.
"Həlak olmuş Azərbaycan dənizçilərinin doğmalarına və yaxınlarına səmimi başsağlığımı bildirmək istərdim. Ölüm həmişə faciə, kədərdir", - Qaluzin bildirib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...