Rusiya Ukraynanı "İskəndər" raketləri ilə vurdu - Ölən və yaralananlar var - FOTO

Rusiya Ukraynanın "Dnepr" şəhərinə "İsgəndər" raketləri ilə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Dnepropetrovsk OVA-nın rəhbəri Valentin Rezniçenko teleqramda məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb:
"Düşmən raketləri nəqliyyat şirkətini məhv edib. Zərbə nəticəsində baş verən yanğın zamanı 52 avtobus yanıb, daha 98 avtobusa isə ziyan dəyib. Şəhərdə bir neçə hündürmərtəbəli binalar, idman zalı, mağaza və inzibati binalar dağıdılıb. Xilasedicilər gecə saatlarından ərazidə işləyir və dağıntının miqyasını araşdırır".
Qalereya
Oxşar xəbərlər
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsini...
