Rusiya Sovet İttifaqını yenidən qurmaq istəyir? - ABŞ dövlət katibindən AÇIQLAMA
Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Düşünürəm ki, belədir, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir və bu, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”.
Qeyd edək ki, ötən ilin dekabrın əvvəlində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan etdi ki, Vaşinqton Moskvanın Sovet İttifaqını yenidən yaratmağa cəhd edə biləcəyindən narahatdır.
Oxşar xəbərlər
Entoni Blinken: ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır
ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır. BAKU.WS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin baş katibi Entoni Bl...