Rusiya qoşunları Urojaynoe yaşayış məntəqəsini ələ keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Urojaynoye qəsəbəsini ələ keçirib, döyüş davam edir.
BAKU.WS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O əlavə edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 14 pilotsuz uçuş aparatını, o cümlədən bir "Bayraktar TB2"-ni havada vurub. Həmçinin 9 tank, 7 piyada döyüş maşını və zirehli transportyoru məhv edilib:
"Bundan əlavə, gün ərzində Rusiya aviasiyası Ukraynadakı 137 hərbi obyekti, o cümlədən altı komanda-idarəetmə mərkəzi və rabitə mərkəzini, iki MLRS qurğusunu, bir hava hücumundan müdafiə sistemini, səkkiz raket və artilleriya silahı və sursat anbarını, həmçinin 101 yeri vurub".
Oxşar xəbərlər
Rusiya MN: "Ukraynanın 181 təyyarəsi və helikopteri məhv edilib"
Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatını məhv edib. BAKU.WS-in APA-...