Rusiya qırıcısı Ukraynanın "S-300"nü vurdu - VİDEO

Rusiya qırıcısı Ukraynanın S-300nü vurdu - VİDEO
Video
Siyasət 104

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin bölmələri Zolotaya Niva yaşayış məntəqəsini tam nəzarətə götürərək, Kaşlaqaç çayını keçərək sərfəli xətt üzrə möhkəmlənib.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinq zamanı bildirib.

O əlavə edib ki, martın 30-da axşam saatlarında havadan buraxılan qanadlı raketlər Donbasdakı Ukrayna qrupunun yanacaqla təmin olunduğu Dnepropetrovsk, Lisiçansk, Çuqev və Novomoskovskda iri yanacaq bazalarını məhv edib.

Gecə ərzində Rusiya aviasiyası Ukraynanın 52 hərbi obyektini, o cümlədən 4 komanda məntəqəsini, İzyumun cənubunda bir "S-300" və Kuraxovo yaxınlığında bir "Buk-M1", iki MLRS, bir raket və artilleriya silahları anbarını, 2 yanacaq anbarını və 38 dayaq məntəqəsini vurub.

Son xəbərlər