Rusiya ordusu Vladimir Zelenskinin qonşusunu əsir götürüb

Rusiya ordusu Vladimir Zelenskinin qonşusunu əsir götürüb.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Aleksandr Sladkov öz teleqram kanalında əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Vladimir Danilenkonun hekayəsini əks etdirən video ilə məlumat yayıb.
Qeyd olunub ki, o, Krivoy Roqdandır və uşaqlığını Ukrayna prezidenti Vladimir Zelenski ilə bir həyətdə keçirib.
Ukrayna əsgəri təslim olmağa çalışıb. Silahdaşları ona atəş açıb. Yaralı səkkiz gün zirzəmidə qalıb, sonra isə Rusiya Silahlı Qüvvələrinə əsir düşüb.
Kadrlarda o, tamamilə ev şəraitində Ukrayna prezidenti ilə görüşdən danışıb.
Oxşar xəbərlər
Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 150-yə çatıb - FOTO/VİDEO - YENİLƏNİB
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb. “Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat...
