Rusiya ordusu Kiyevdə silah anbarı və zavodu vurub

Rusiya ordusu Kiyevdə silah anbarı və zavodu vurub
Siyasət 42

Rusiya ordusu Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində yerləşən anbarlara və reaktiv yaylım atəş sistemləri (RSZO) üçün mərmi və raket doldurucuları istehsal edilən toz metallurgiya zavodunu vurub.

Bu barədə "RİA Novosti" məlumat verib.

Onun sözlərinə görə, bu hadisə 20 avqust səhər saat 6-da baş verib. O, hadisə ilə bağlı başqa məlumat verməyib.

Raket hücumu zamanı şəhərdə hava həyəcanı elan edilib.

Rusiya hərbçiləri 2022-ci ilin oktyabrından, Krım körpüsündəki partlayışdan sonra Ukraynanın infrastrukturuna zərbələr endirməyə başlayıblar. O vaxtdan bəri Ukraynanın müxtəlif regionlarında, çox vaxt isə bütün ölkə ərazisində hava həyəcanı elan olunur. RF Müdafiə Nazirliyinin bəyanatına görə, hücumlar enerji, müdafiə sənayesi, hərbi idarəetmə və rabitə obyektlərinə edilir.

Son xəbərlər