Rusiya İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə təyyarə qəzasını müzakirə edib
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ilə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Telefon danışığı zamanı A.Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına İstintaq Komitəsinin mərkəzi aparatının təcrübəli əməkdaşları cəlb olunduğunu bildirib.
Tərəflər "Azərbaycan Hava Yolları" QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı birgə araşdırma planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
A.Bastrıkin qeyd edib ki, hazırda kompleks istintaq hərəkətləri həyata keçirilir. Məqsəd baş vermiş faciənin bütün səbəb və şəraitini müəyyən etməkdir.
Oxşar xəbərlər
Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi...