Rusiya gəmiləri Odessanı atəşə tutub

16
mar
2022
08:58
Gecə yarısı Rusiya gəmiləri Odessa vilayətinin Tuzla kəndi yaxınlığındakı Ukrayna sahillərini atəşə tutub.
BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko feysbuk səhifəsində məlumat verib.
"Uzaq məsafədən böyük miqdarda sursat atdılar. Onlar sahil müdafiə sistemini sınaqdan keçirmək istəyirdilər. Nəticə əldə etmədilər", - deyə Geraşenko bildirib.
Onun sözlərinə görə, gəmilərdən Ukrayna sahilləri raket və artilleriyadan atəşə tutulub.
Oxşar xəbərlər
Ukrayna artilleriyası Kiyevdə Rusiya desant bazasını vurub
Ukrayna artilleriyası Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını vurub. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə da...
