Rusiya Finlandiya ilə sərhədə nüvə başlıqlı "İsgəndər"lər yığır - VİDEO

Rusiya Finlandiya ilə sərhədə nüvə başlıqlı İsgəndərlər yığır - VİDEO
Video
Siyasət 224

Rusiya Finlandiyanın NATO-ya üzv olmaq niyyətini elan etməsindən bir gün sonra “İsgəndər” ballistik raketləri ilə yüklənmiş yük maşınlarını Finlandiya sərhədinə daşımağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Nüvə başlıqları ilə təchiz oluna bilən “İsgəndər” raketləri Finlandiya ilə sərhəddə yerləşən Vıborq şəhərində yerləşdirilir.

Qeyd edək ki, bazar ertəsi Rusiyanın Xarici İşlər Nazirliyi İsveç və Finlandiyanın NATO-ya daxil olmaq planları ilə bağlı xəbərdarlıq etmişdi.

Son xəbərlər