Dmitri Polyanski: “NATO-dakı Finlandiya və İsveç Rusiya ordusunun hədəfinə çevrilə bilər”
“İsveç və Finlandiyanın NATO-ya daxil olması və sonradan alyans bölmələrinin orada yerləşdirilməsi bu əraziləri Rusiya ordusu üçün mümkün hədəflərə çevirəcək”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Onlar (İsveç və Finlandiya) bilirlər ki, NATO-ya üzv olduqdan sonra bu, Rusiyanın müəyyən cavab addımlarına səbəb olacaq ki, bu da adətən alyansın üzvü olan ölkələrə təsir edir. Bu o deməkdir ki, orada NATO bölmələri yerləşdirilsə, bu ərazilər hədəfə, mümkün zərbə hədəfinə çevriləcək”-deyə, o bildirib.
Onun sözlərinə görə, NATO Rusiya üçün dost olmayan, düşmən blokdur: “NATO özü də Rusiyanın düşmən olduğunu etiraf edib. Bu o deməkdir ki, Finlandiya və İsveç birdən-birə neytral dövlətlərdən düşmənə çevrilirlər. Onlar da hamı kimi bütün riskləri öz üzərlərinə götürürlər.
Yəni onlar müdafiə sektorunda müəyyən risklər daşıyacaq, müəyyən iqtisadi xərclər çəkəcəklər. Ancaq qərarı onlar, əhalisi verəcək. Onlar bizimlə onilliklər ərzində normal qonşu kimi yaşadılar. Və birdən çox dost olmayan blokun bir hissəsi olmaq qərarına gəldilər. Təbii ki, biz müəyyən hərbi addımlar atmağa məcbur olacağıq”.
Oxşar xəbərlər
ABŞ qərar verdi: Bu 4 Avropa ölkəsinə “Patriot” yerləşdirir
Rusiyanın Ukraynanı işğalı və Belarusla hərbi inteqrasiyası Avropa qitəsində yeni təhlükəsizlik reallığı yaradır. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu...