Rusiya aviaşirkətləri Gürcüstan hökumətinə uçuşa başlamaqla bağlı müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinə bu ölkəyə uçuşa başlamaqla bağlı müraciət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, Gürcüstan hökumətinə müraciət edən Rusiya aviaşirkətlərinin adları açıqlanmayıb.
Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.
Gürcüstan Prezidenti Salome Zurabişvili rəsmi Moskvanın bu addımını qəbuledilməz və təxribat adlandırmışdı.
Oxşar xəbərlər
Rusiya və Gürcüstan arasında viza gərginliyi - FOTO
Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvəd...