Gürcüstan Prezidenti: "Lukaşenkonun Abxaziyaya səfəri beynəlxalq hüquqa ziddir"
28
sen
2022
19:31
Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
BAKU.WS "report”a istinadən xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.
"Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu, beynəlxalq hüququn qəbuledilməz şəkildə pozuntusudur ",- Prezident bildirib.
Oxşar xəbərlər
Gürcüstan prezidenti hökuməti fəaliyyətsizlikdə ittiham etdi
“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”. BAKU.WS...