Rusiya aviaşirkəti Ermənistana uçuşlarını dayandırır
07
avq
2019
09:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ermənistanın Gümrü şəhərinə uçan “Pobeda” loukosteri (aviaşirkəti) qış mövsümündən başlayaraq, həmin şəhərə reyslərini dayandıracaq. BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın "TASS" agentliyi məlumat yayıb.Reyslərin dayandırılmasına səbəb isə təyyarələrin Gümrüdə yanacaqla tam şəkildə təmin olunmamasıdır."Gümrü aeroportundakı yanacaqdoldurma şirkəti yanacağı lazım olan qədər təmin etmir. “Pobeda” şirkəti aeroport rəhbərliyinə müraciət edərək məsələnin araşdırılmasını tələb edib. Öz müştərilərimizi pis vəziyyətdə qoymamaq üçün Gümrüyə qış mövsumündən başlayaraq bilet satışları dayandırılacaq",-deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
“AvtoVAZ” avtomobil istehsal etməyəcək
Rusiyanın ən iri avtomobil istehsalçısı olan "AvtoVAZ" şirkəti bu gündən etibarən istehsalı tam dayandırıb.BAKU.WS “rbc.ru”ya istinadən xəbər verir ki, buna səb...