Rusiya aviaşirkəti Azərbaycandan üzr istədi

Rusiya aviaşirkəti Azərbaycandan üzr istədi
Siyasət 1083
Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzrxahlıq edib.Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, eləcə də jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan dərc olunmuşdu.

Oxşar xəbərlər

Rusiya hava yolu şirkətindən Azərbaycana qarşı təxribat - FOTOLAR

Rusiya hava yolu şirkətindən Azərbaycana qarşı təxribat - FOTOLAR

Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yo...

879 Siyasət 21:00 16 iyun 2019

Son xəbərlər