“Playboy”da Azərbaycan haqda məqalə

“Playboy”da Azərbaycan haqda məqalə
Şou-biznes 2029

Məşhur erotik jurnal olan "Playboy”un Polşa versiyasının iyun nömrəsində Azərbaycana həsr edilmiş material dərc olunub. Jurnal satışa yeni buraxılıb. Nəşrin elektron versiyası isə hələ internetə yerləşdirilməyib.

Virtualaz.org-un əməkdaşı yazının müəllif Martsin Kasprçakla əlaqə saxlayıb. Müəllif "Playboy” oxucularının Azərbaycanla bağlı nələrdən agah olacağına aydınlıq gətirib:

"Mən apreldə Bakıya gəldim. "Playboy”da biz Azərbaycan mətbəxi haqqında, paytaxtın mərkəzindəki maraqlı binalar, Azərbaycan iqtisadiyyatına neftin təsiri, Tiffany və Four Seasons kimi təmtəraqlı obyektlər haqqında yazılar yazdıq. Həmin məqalərdən biri Heydər Əliyev Mərkəzi layihəsinin müəllifi, mərhum memar Zaha Hadidə həsr edilib”.

Amerika brendi "Playboy” bütün dünyada erotika ilə assosasiya olunur. Amma Kasprçak bildirib ki, kişi jurnalı Azərbaycan barədə bu mövzudan yan keçib.

"Azərbaycan qızları haqqında hissə isə materialdan mətn qısaldılarkən çıxarılıb. Onun yerinə böyük foto yerləşdirmək qərarına gəldik”, - deyə müəllif təəssüflə vurğulayıb.

"Playboy” jurnalı 1953-cü ildən dərc olunur. Bu illər ərzində "Playboy”da Elizabet Teylor, Madonna, Terner Lili, Demi Mur, Kim Bessindcer, Britni Spirs, Sindi Krouford, Kristina Aqilera, Pamela Anderson, Şeron Stoun, Culiya Roberts, Ancelina Coli və daha heçə-neçə ulduzlar haqqında yazılar dərc edilib.

Jurnalın Amerikadakından başqa, təxminən 40 müxtəlif versiyası var. Polşa versiyası 1992-ci ildən işıq üzü görür. Jurnalın iyun nömrəsinin üz qabığını fotomodel Katarina Xmelin fotosu bəzəyir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər