Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması, o cümlədən ABŞ prezidentinin şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması məsələsi Rumıniya KİV-də geniş işıqlandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycanın Rumıniyadakı Səfirliyindən bildirilib.
Bildirilib ki, Rumıniyanın "Antena3", "TVR", "Digi24" aparıcı KİV-ləri Ağ Evdə mövcud olan ab-havanı təfərrüatı ilə oxucuların diqqətinə çatdırıblar. ABŞ prezidentinin vasitəçiliyi ilə iki ölkə arasında əldə olunan razılaşmaları "Trampın 6 ay ərzində həyata keçirdiyi möcüzə", razılaşmanı isə tarixi adlandırıblar.
Eyni zamanda, Rumıniya mediası Cənubi Qafqazda sülhün bərqərar olmasını Avropa İttifaqının marağında olduğunu qeyd edir, ABŞ ilə hər iki ölkə arasında energetika, texnoloqiyalar, ticarət və müdafiə sahəsində əldə olunan əməkdaşlıq imkanları regionun inkişafı üçün yüksək qiymətləndirilir.
Həmçinin, Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Trampın Nobel Sülh Mükafatına namizədliyinin dəstəklənməsi barədə bəyannamələri xüsusi vurğulanır.
Bununla yanaşı, Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsindəki səhifəsində Rumıniyanın ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışladığı barədə paylaşım edib.
"Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır", - o yazıb.
Oxşar xəbərlər
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu...
