Ruhani Ukrayna təyyarəsinin səhvən vurulmasından danışdı: "Məyusuq"
İran Prezidenti Həsən Ruhani “səhvən” vurulduğu açıqlanan Ukrayna Hava Yollarına məxsus təyyarə ilə bağlı təhqiqatın davam etdiriləcəyini bildirib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bağışlanmaz səhv edənlərin məsuliyyətə cəlb edilməli olduğunu söyləyib:
“Bu, asanlıqla bir kənara atılacaq məsələ deyil. Faciənin günahkarlarının aşkarlanması ilə bağlı təhqiqat davam etməlidir. Həmçinin, belə faciələrin təkrarlanmaması üçün ölkənin hava hücumunda müdafiə sistemindəki zəif nöqtələrin aradan qaldırılması üçün tədbirlər də görülməlidir”.
Ruhani qeyd edib ki, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın təhdidləri davam etdiyi bir dövrdə İranın hava məkanında müdafiə sistemləri hər hansı bir hücuma qarşı tam hazır vəziyyətə gətirilib:
“Belə bir zamanda bir səhv nəticəsində faciə baş verib. Buna görə məyusuq”.
Ruhani faciə qurbanlarının yaxınlarına başsağlığı verib. O, Ukrayna təyyarəsinin məhv edilməsinə səbəb olan günahkarların məsuliyyətə cəlb edəcəyinə söz verib.
Qeyd edək ki, İranda Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsinin vurulması nəticəsində 176 nəfər ölüb.
Oxşar xəbərlər
Stoltenberq: “Ukrayna təyyarəsinin İranın vurması iddiasına inanmamaq üçün heç bir səbəb yoxdur”
NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya məxsus Boeing 737-800 sərnişin təyyarəsinin İranın vurmasına dair ABŞ və NATO müttəfiqlərinin iddiasını dəstəkləy...