Əli Əsədov Ukrayna və İrana başsağlığı verib
Azərbaycanın Baş Naziri Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, məktubda deyilir:
“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Ə.Əsədov həmçinin İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
Oxşar xəbərlər
İlham Əliyev Zelenski və Ruhaniyə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib. BAKU.WS xəbər verir ki, başsağlığı...