Rövnəq Abdullayev Vladimir Zelenski ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynanın qaz nəqli sənayesinə investisiya qoymaq imkanlarını müzakirə ediblər.
Ukrayna prezidenti qeyd edib ki, Ukrayna hakimiyyəti SOCAR-la neft və qaz təchizatı sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini də vurğulayıb.
Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da iştirak ediblər.
Oxşar xəbərlər
Tehran və Kiyev raketlə vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər
İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə...