Rövnəq Abdullayev: “Türkiyə ilə birlikdə görəcəyimiz çox işlər var”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu il imzalanmış tarixi Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında geniş üfüqlər açır və birlikdə görəcəyimiz çox işlər var”.
BAKU.WS-in report-a istinadən məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda deyib.
“İki ölkənin dövlət başçılarının dəstək verdiyi Azərbaycan-Türkiyə enerji qardaşlığının daha yüksək inkişaf mərhələsinə çatmasına töhfə verməyə davam edəcəyik. SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində yerləşən “Petkim Holdinq”ə sahib olub, orada STAR neft emalı zavodu inşa edib və terminalı istifadəyə verib. Bununla da şirkət Türkiyənin enerji sektorunda ən böyük sərmayəçi olub”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...