"Rosneft"in rəhbəri İqor Seçinin 35 yaşlı oğlu vəfat edib - FOTO

Rosneftin rəhbəri İqor Seçinin 35 yaşlı oğlu vəfat edib - FOTO
Foto
Siyasət 4

Rusiyanın "Rosneft" şirkətinin rəhbəri İqor Seçinin oğlu İvan Krasnoqorskda yerləşən "Avropa-1" kottec kəndindəki malikanədə ölüb.

Mühafizə xidməti təcili yardım çağırıb, lakin qeyri-dəqiq ünvan verib. Nəticədə həkimlər təxminən iki saat ünvanı axtarıblar və bu vaxta qədər şəxs vəfat edib.

Yanvarın 3-də "Rosneft" rəhbərinin oğlunun 35 yaşı tamam olub. Fevralın 5-nə keçən gecə yerli vaxtla təxminən saat 04:30-da 35 yaşlı İvan özünü pis hiss edib və boğulduğunu bildirib. O, yerə yıxılıb və huşunu itirib.

Yaxınları həkimlərə İvan Seçinin yalnız hipertoniya xəstəsi olduğunu deyiblər. O, həkimin yazdığı bəzi dərmanları qəbul edirdi, lakin son aylar həkimə müraciət etməyib. Ölümün səbəbi müəyyənləşdirilir.

Məlumata görə, ölümündən sonra üçüncü gün İvan Seçin dəfn edilib.

Son xəbərlər