Təbrizdə öldürülən azərbaycanlı tələbənin dəfnində ETİRAZ AKSİYASI - FOTO/VİDEO

Təbrizdə öldürülən azərbaycanlı tələbənin dəfnində ETİRAZ AKSİYASI - FOTO/VİDEO
Foto Video
Siyasət 311

Təbrizdə etirazlar zamanı öldürülən Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqinin dəfn mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, əslən azərbaycanlı olan Ayların dəfninə qatılan xeyli sayda soydaşımız onun öldürülməsinə etiraz ediblər.

Onlar "Azərbaycan milləti çəkəməz bu zilləti", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq" kimi şüarlar səsləndiriblər.

Aylar Həqqi Təbrizdə Vadi rəhmətdə torpağa tapşırılıb.

Xatırladaq ki, azərbaycanlı tələbə hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib.

Qeyd edək ki, etirazlar başlayandan noyabr ayının 16-dək İranda öldürülənlərin sayı 362 nəfərə çatıb.

Son xəbərlər