Ronaldo "Əl-Nəsr"dən gedir?

Ronaldo Əl-Nəsrdən gedir?
Siyasət 169

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk edə bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Mundo Deportivo" nəşri yazır.

Ronaldonu bu fikrə Səudiyyə Ərəbistanı reallığının müasir cəmiyyətdən uzaq olması gətirib.

Onun artıq ölkədə və klubda dözə bilmədiyi və Avropaya qayıtmaq istədiyi bildirilib.

38 yaşlı forvardın "Əl-Nəsr"lə müqavilənin bitməsinə iki il var.

Qeyd edək ki, Ronaldo bu ilin yanvarında "Əl-Nəsr"ə keçib.

O, bu mövsüm 14 matçda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.

Son xəbərlər