Roman Abramoviç məhkəmədə uduzdu

Roman Abramoviç məhkəmədə uduzdu
Siyasət 3

Rusiyalı milyarder Roman Abramoviç çərşənbə günü Aİ sanksiyalarının ləğvi ilə bağlı məhkəmədə uduzub.

BAKU.WS-in məlumatına görə, bu barədə "Reuters" xəbər verir.

Xatırladaq ki, Ukrayna hadisələri başlayandan sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edilib. İş adamı bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlib.

Brüssel məhkəməsi iddianı rədd edib və həmçinin Abramoviçin Evraz polad şirkətindəki rolunu qeyd edərək onun təzminat tələblərini təmin etməkdən imtina edib.

Sanksiyalara görə Abramoviç "Çelsi" klubunu amerikalı iş adamı Todd Bouliyə 4,25 milyard funt sterliqə satmaq məcburiyyətində qalıb.

Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt-sterlinqə almışdı.

Son xəbərlər