“Rolls-Royce” dünya üzrə 2000-2500 işçini ixtisar edəcək - FOTO

“Rolls-Royce” dünya üzrə 2000-2500 işçini ixtisar edəcək - FOTO
Siyasət 14

"Rolls-Royce" dünya üzrə 2000-2500 işçini ixtisar edəcəyini açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəm şirkətin hazırkı məşğulluğunun 6 faizini təşkil edir.

Şirkətdən verilən açıqlamada daha sadə və mütəşəkkil bir təşkilati struktur yaradaraq səmərəliliyin artırılması üçün həyata keçiriləcək planlar açıqlanıb.

Bildirilib ki, yeni struktur müştərilərə daha yaxşı xidmət göstərə bilən və birinci dərəcəli məhsullar təklif etməyə davam edən daha çevik bir iş olmaq məqsədi daşıyır.

“Rolls-Royce” dünya üzrə 2000-2500 işçini ixtisar edəcək - FOTO

“Rolls-Royce”un bəyanatında bu ifadələr yer alıb:

“Planlaşdırılan dəyişikliklər xərclərin səmərəliliyini təmin edəcək. 2023-cü ilə qədər xərclərin və işçilərin sayının ciddi şəkildə idarə edilməsi bizə imkan verdi ki, işçilərin sayındakı ümumi azalmanı minimuma endirək”.

“Rolls-Royce”da hazırda 42 min nəfəri çalışır.

Son xəbərlər