Riçard Hoqland: "Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var".
Armenpress.am-ın verdiyi məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. "Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr söyləyib.
R. Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır.
"Lavrov planı"na dair sualı cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: "Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.(APA)
BAKU.WS
Oxşar xəbərlər
XİN başçıları Əliyevlə Sarkisyanın görüşünü hazırlayırlar
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması üzrə müəyyən işlər görülür". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu b...