İrəvan küçələrinə daxili qoşunlar yeridildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası üçün gecə-gündüz etiraz aksiyalarına başladığını elan edib.
İrəvanda mitinqlər davam edir, müxalifət isə artıq onun vəzifəsindən uzaqlaşdırılması üçün tədbirləri əlaqələndirəcək milli komitə yaradıb.
Buna cavab olaraq hakimiyyət daxili qoşunları - “qırmızı beretləri” küçələrə çıxarıb.
Məlumata görə, hazırda Ermənistan paytaxtında vəziyyət gərgindir. Etirazçılar nəqliyyatın qarşısını kəsir, sürücülər təhlükəsizlik kordonunu yarmağa çalışırlar. Yerlərdə toqquşmalar baş verir.
Paşinyan özü isə Qarabağ hadisələrindən və ermənilərin onun bəyanatlarına etirazından sonra heç bir halda istefa verməyəcəyini bildirir.//oxu.az
Oxşar xəbərlər
İrəvanda “seçki” tragikomediyası: Ermənilərin yeni sahibi və Moskvanın kürəyinə sancılan xəncər - FOTO
İrəvanda meriya uğrunda çəkişmələrin əsas simaları paytaxt seçkisini Azərbaycana qarşı radikal ritorika hesabına udmaq istəyən və siyasi mübarizəyə yumor səhnəs...