Reuters: Türkiyə Birləşmiş Ərəb Əmirliklərinə PUA satıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Baykar" şirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 20 silahlı pilotsuz uçuş aparatı (PUA) satıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters"ə mənbələr bildirib.
Məlumata görə, PUA-lar bu ay təhvil verilib. Həmçinin Səudiyyə Ərəbistanının həm pilotsuz uçuş aparatı, həm də öz ölkəsində istehsal edə bilməsi üçün fabrikin qurulmasını tələb etdiyi də bildirilib.
Regional hərbi mənbələr bildiriblər ki, BƏƏ və Səudiyyə Ərəbistanı İran və ya onun rəhbərliyindəki qüvvələrinin təhlükəsizlik təhdidinə qarşı çıxmaq üçün Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması prosesindən yararlanmağı hədəfləyir.
BƏƏ-nin son zamanlar Türkiyəyə sərmayə qoymaq, şirkətlərin satın alınması kimi sahələrlə ciddi maraqlandığı, bəzi konkret addımlar atıldığı və danışıqların hələ də davam etdiyi qeyd olunub.
Qeyd edək ki, Türkiyə və BƏƏ 10 il əvvəl Ərəb üsyanlarından bəri region ölkələrində nüfuz uğrunda bir-biri ilə rəqabət aparır. 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda müxalif jurnalist Camal Qaşıqçının qətlindən sonra iki ölkə arasında münasibətlər daha gərginləşmişdi.
Oxşar xəbərlər
Ukraynaya üç ədəd “Bayraktar” pulsuz veriləcək - FOTO
Türkiyənin "Baykar" şirkəti tərəfindən 3 ədəd "Bayraktar TB2 S/PUA" Ukrayna xalqına hədiyyə edilib. BAKU.WS xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. “Ukr...