Reuters: Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
İşğalçı Ermənistan Ordusu Qarabağda döyüşlərdə iştirak etmək üçün muzdlu döyüşçülər cəlb edir.
BAKU.WS xəbər verir ki, bu barədə “Reuters”agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Müdafiə Nazirliyi etiraf edib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır.
ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib. Həmçinin bildirilir ki, Livandan 140 min silahlı döyüşçü Qarabağa gətirilib.Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.
Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan bildirib ki, 20-dək erməni özü Ermənistana gedib, lakin onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.
Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “Reuters”agentliyinin reportajına münasibət bildirib. O, “Twitter” hesabında bu barədə yazıb:
"Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters”in reportajında təsdiqlənib. Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçuları Ermənistandadırlar".
Oxşar xəbərlər
Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan beynəlxalq təhlükəsizliyi təhdid edir
Ermənistan adlı qurulu yaranandan oranın erməni etnik qrupundan olan sakinləri dünyaya özlərinin məzlum olaraq təqdim etməyə çalışırlar. BAKU.WS “report”a istin...