Rəşad Nəbiyev Aİ-nin komissarı ilə Zəngəzur dəhlizini müzakirə edib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, danışıqların əsas mövzuları Zəngəzur dəhlizi layihəsinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi olub.
"Biz Azərbaycan tərəfinin bu sahədə həyata keçirdiyi strateji layihələr barədə ətraflı məlumat verdik. Həmçinin Aİ-nin bu layihələrdə potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Əsas diqqət nəqliyyat, rəqəmsallaşma, innovasiyalar, İKT sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldilib", - nazir qeyd edib.
Oxşar xəbərlər
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından b...
