Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Dövlət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİR
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: "Hörmətli cə...