Real TV mayın 10-da ümumrespublika yayımına çıxacaq

07
may
2019
22:47
Real TV-nin ümumrespublika yayımına çıxacağı gün bəlli olub.Real TV-nin Baş direktoru Mirşahin Ağayevin ONA-ya verdiyi məlumata görə, kanal bu il mayın 10-da ümumrespublika yayımına çıxacaq.Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının tərəfindən “Real Təhlil İnformasiya Mərkəzi” Mərkəzi MMC-yə verilən ümumrespublika yayımı üçün xəbər kanalı lisenziyası Real TV-yə bu gün təqdim olunub. Real TV MTRŞ-nın ötən il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə verdiyi ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz lisenziya ilə fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
MTRŞ Mir Şahinin kanalı ilə bağlı QƏRAR VERDİ
Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) REAL Təhlil və İnformasiya Mərkəzinə ümumrespublika xəbər kanalı kimi müddətsiz lisenziya verilməsi barədə qərar qəbul e...