İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ağır yaralanıb - YENİLƏNİB
İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.
Bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.
"Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır", - diplomat bildirib.
***13:20
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin TASS-a açıqlamasında deyib.
"Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə diplomat qeyd edib.
Səfir aydınlıq gətirib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.
Oxşar xəbərlər
İsrail ordusu: "İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb"
İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barə...