İranın müdafiə naziri ABŞ-ni hədələdi

05
noy
2023
23:39
İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Vaşinqtonun Qəzza zolağında müharibəyə son qoymadığı və atəşkəsə nail olmadığı təqdirdə, ABŞ-ni "ağır zərbə" ilə hədələyib.
"Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və həmçinin atəşkəsi təmin etsinlər. Əks halda siz ağır zərbə alacaqsınız", - general bildirib.
O, ABŞ-ni HƏMAS-ın İsrailə qarşı müharibəsinə birbaşa müdaxilə etməkdə ittiham edib.//oxu.az
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...
