İranın hərbi gəmisi batdı

İranın hərbi gəmisi batdı
Siyasət 114

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Səhənd” esminesi iyulun 7-də Bəndər Abbas limanında qəzaya uğradıqdan iki gün sonra batıb.

BAKU.WS xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Məlumata görə, esmines stabilləşdirilərək başqa yerə çəkildikdən sonra onu saxlayan kabellər qırıldığı üçün yenidən əyilib və batıb. Agentlik zərərçəkənlər barədə məlumat verməyib.

Xatırladaq ki, iyulun 7-də Tasnim agentliyi İran Hərbi Dəniz Qüvvələrinin gəmisinin çənlərə su daxil olması səbəbindən təmir işləri zamanı ağır əyilib. Fövqəladə hadisə nəticəsində esminesə cüzi ziyan dəyib.

Son xəbərlər