İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO

İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
Foto
Siyasət 158

Türkiyə-İran sərhədində sərhəd naqillərinə ilişən çantanın izinə düşən polis, İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçunu zərərsizləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Aparılan araşdırmalarda saxlanılan şəxsin silahlı və ya bombalı hücum təşkil etmək üçün Ağrının Doğubayazıt rayonuna gəldiyi məlum olub.

Bundan əlavə, terrorçunun Suriya əsilli, Memo/Mamo Kasım kod adlı Rodi Ebdilla Ehmet olduğu və PKK/KCK-nın İranda fəaliyyət göstərən qrupunun üzvü olması müəyyən edilib.

Təşkilat üzvü bələdiyyə binasına girərkən yaxalanıb.

Son xəbərlər