İranda polis məntəqələrinə hücum edən 15 terrorçu öldürülüb - YENİLƏNİB - VİDEO

İranda polis məntəqələrinə hücum edən 15 terrorçu öldürülüb - YENİLƏNİB - VİDEO
Video
Siyasət 115

İranda Rask və Çabahar şəhərlərində polis məntəqələrinə hücum edən 15 terrorçu zərərsizləşdirilib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Buna qədər İran rəsmiləri açıqlayıb ki, 8 terrorçu öldürülüb, qalanları yaşayış binasına daxil olaraq orada gizləınib.

***

İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərindəki polis məntəqələrinə silahlı hücum təşkil edilib.

Bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Onun sözlərinə görə, terror hücumları nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı həlak olub.

"Axşam saatlarında terrorçular Çabaharda bir neçə polis bölməsinə hücum ediblər. Təhlükəsizlik qüvvələrimizin və hüquq-mühafizə orqanlarının köməyi ilə onların hücumu dəf edilib. Terrorçulardan bəziləri zərərsizləşdirilib və ya yaralanıb. Təəssüf ki, üç polis əməkdaşı da həlak olub".

İran rəsmilərinin bildirdiyinə görə, silahlı hücumları Əfqanıstan və Pakistanda fəaliyyət göstərən "Ceyş əl-Adl" terror qruplaşması həyata keçirib.

Son xəbərlər