İranda qar uçqunu: Ölənlər var

İranda qar uçqunu: Ölənlər var
Siyasət 0

İranın cənub-qərbində qar uçqunu nəticəsində azı iki nəfər ölüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, üç nəfərlik bir ailə qarın altında qalıb. Hadisə nəticəsində onlardan ikisi - kişi və qadın dünyasını dəyişib. Xilasedicilər uşağı qarın altından çıxara biliblər.

Həmçinin, hadisə nəticəsində 30-a yaxın turistin qar altında qaldığı bildirilib. Təbii fəlakət zamanı onlar Bican dağ keçidi ilə hərəkət ediblər.

Zərərçəkənlərin dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir.

Son xəbərlər