İranda kütləvi zəhərlənmə! - 650 məktəbli qızı qəsdən zəhərlədilər - Dəhşətli iddia
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagird zəhərlənib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, heç bir can itkisinin olmadığı bildirilib.
Hadisə ilə bağlı açıqlama verən İranın səhiyyə naziri Bəhram Eynollahi deyib: “Görünür, bəzi insanlar bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”.
Səhiyyə nazirinin köməkçisi Yunus Pənahi isə bildirib ki, məktəblilərə verilən zəhər onlarda hər hansı fəsad törədə bilməz:
“Bu yalnız zəiflik və halsızlığa səbəb olub. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir. Zəhərlənmələr öldürücü deyil və panika yaratmamalıdır".
Məlumata görə, ölkədə ilk kütləvi zəhərlənmə hadisəsi 2022-ci il noyabrın 30-da Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdəki 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunmağa başlayıb.
Oxşar xəbərlər
İranda azadlıq hərəkatının 100-cü günü: fəallar geri çəkilmir, rejimin qəddarlığı artıb - FOTO
İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. BAKU.WS report-a istinadən xəbər verir ki, etira...