İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı
26
fev
2020
14:12
İran Səhiyyə Nazirliyi koronavirusla əlaqədar yeni məlumat yayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib.
Onun sözlərinə görə, İranda 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozu qoyulanların sayı 139 nəfərə çatıb.
K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində 1 383 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir.
Oxşar xəbərlər
İranın Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi: Evlərinizdən çölə çıxmayın
İranın Səhiyyə naziri Kianuş Cahanpur əhalini evlərindən çölə çıxmamağa səsləyib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, nazir bu barədə yerli televiziyada...