İranda hicaba riayət edilməməsi bəhanəsi ilə məşhur kinoteatr bağlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranda 40 ilə yaxındır fəaliyyət göstərən Mandana kinoteatrı hicaba riayət edilməməsi bəhanəsi ilə bağlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Tabnak” saytında dərc olunan xəbərə görə, Mandana kinoteatrının direktoru Məhəmməd Qased Əşrəfi məlumatı təsdiqləyib.
“Tehranın 8-ci rayon prokurorluğunun göstərişi ilə şənbə günündən etibarən “əxlaq polisi” tərəfindən kinoteatr möhürlənib. Polis kinoteatrın möhürlənməsinin səbəbini tamaşaçıların hicab taxmaması ilə əlaqələndirib və bizə 12 yaşlı hicabsız qızın qısa şalvar geyinməsi, habelə başqa bir qadının da hicabsız olduğunu sübut edən iki şəkil göstərib”, - deyə o, jurnalistlərə bildirib.
Oxşar xəbərlər
İranda məcburi hicaba riayət edilməməsi bəhanəsi ilə restoran bağlandı - VİDEO
İranda vətəndaşlara qarşı təzyiqlər davam edir. Belə ki, bu dəfə də molla rejimi məcburi hicaba riayət olunmadığı bəhanəsi ilə iaşə müəssisəsini bağlayıb. Bu ba...