İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub
Siyasət 4

İranın cənubunda 4,8 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 526 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 120 km şimal-qərbdə, yerin 53 km dərinliyində yerləşir.

Dağıntı və təlafat barədə hələlik məlumat yoxdur.

Son xəbərlər