İranda güclü zəlzələ olub
22
fev
2023
07:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın cənubunda yerləşən Fars əyalətinin Dərəz bölgəsində 5,5 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS-in məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoqrafiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 04:41-də baş verib və yeraltı təkanların ocağı 11 km dərinlikdə olub.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, dünən səhər saatlarında da Fars və Hormozqan əyalətlərində 5,2 bal gücündə zəlzələ qeydə alınmışdı.
Oxşar xəbərlər
İranda ardıcıl iki güclü zəlzələ olub
İranda iki fərqli əyalətdə eyni anda 5,2 bal gücündə zəlzələlər baş verib. BAKU.WS xəbər verir ki, bu barədə "mehrnews" portalı məlumat yayıb. İranın Geofizika...