İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb
28
fev
2020
21:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranda koronavirus epidemiyası ilə əlaqədar ölkə üzrə dövlət idarə və müəssisələrində iş saatı azaldılıb.
BAKU.WS xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, bütün əyalətlərdə dövlət idarə və müəssisələrində iş saatı əyalət başçısının qərarı ilə 2 saat azaldılır.
Qeyd edək ki, İran parlamenti də koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını əlavə məlumat verilənədək təxirə salıb. Bundan başqa, ölkə ərazisindəki bütün məktəblərdə 3 gün müddətinə tətil elan olunub.
Oxşar xəbərlər
İran parlamenti koronavirusa görə fəaliyyətini dayandırır
İran parlamentinin iclasları koronavirus epidemiyası ilə bağlı dayandırılır. BAKU.WS “Sputnik”ə istinadən xəbər verir ki, parlamentin sözçüsü Əsədullah Abbasi y...